VECTRA ® WP30
WATERPROOFING
İki komponentli yarı elastik su izolyasiya materialı

Məhsul haqqında

VECTRA ® WP30 sement və polimer dispersiya əsaslı iki komponentli yarı elastik su izolyasiya materialıdır. Beton və sement əsaslı səthlərdə su keçirməz qoruyucu qatın yaradılması üçün nəzərdə tutulmuşdur. Quruduqdan sonra elastik və suya qarşı dayanıqlı təbəqə əmələ gətirir.


Tətbiq sahələri

·      Daxili və xarici məkanlarda şaquli və üfüqi səthlər

·      Hovuzlar

·      Hamam, sanitar qovşaqları və mətbəx sahələri

·      Balkon və terraslar (üzəri qoruyucu qatla örtülmək şərti ilə)

·      İstinad divarları


 Xüsusiyyətləri

·      Elastik quruluş

·      Yüksək yapışma qabiliyyəti

·      Müsbət su təzyiqinə qarşı dayanıqlıdır

·      Fırça, mala və ya püskürtmə üsulu ilə tətbiq edilə bilər

·      Donma-ərimə döngüsünə davamlıdır

·      Su keçirməzdir, eyni zamanda buxar diffuziyasına imkan verir

·      Büzülmə və çatlama riski minimumdur

Qarışdırma

Komponentlər hazır dozajda qablaşdırılmışdır. Toz komponent maye komponentə tədricən əlavə edilərək 400–600 dövr/dəq sürətli mikserlə homogen qarışıq alınana qədər qarışdırılır. Qarışıq 3–5 dəqiqə saxlanıldıqdan sonra yenidən qısa müddət qarışdırılaraq tətbiqə hazır vəziyyətə gətirilir. Sərtləşməyə başlamış məhlula əlavə su qatılması yolverilməzdir. Yalnız istifadə müddəti daxilində sərf ediləcək miqdarda qarışıq hazırlanmalıdır.

Tətbiq prinsipi

Material əvvəlcədən nəmləndirilmiş səthə 2 və ya 3 qat şəklində tətbiq edilir. Hər qat tətbiq edilməzdən əvvəl əvvəlki qatın quruması gözlənilməlidir. Qatlar bir-birinə əks istiqamətdə çəkilməlidir. 1 qat tətbiq olunduqdan sonra məhsulun rəngi solursa və sürətlə quruma gözlənirsə sadəcə 1-ci qat üçün maye komponent içinə 1 lt su əlavə oluna bilər. Birbaşa günəş şüası, güclü külək və ya yağıntı şəraitində tətbiq tövsiyə edilmir.

Sərfiyyat

1-ci qat: təxminən 1,50 kq/m²
2-ci qat: təxminən 1,20 kq/m²
3-cü qat: təxminən 1,00 kq/m²

Faktiki sərfiyyat səthin vəziyyətindən asılı olaraq dəyişə bilər.

Saxlanma qaydaları

Məhsul açılmamış, orijinal qablaşdırmada, quru və sərin mühitdə istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.

Səthin hazırlanması

Tədbiq səthi möhkəm, daşıyıcı və təmiz olmalıdır. Yağ, pas, parafin, sement südü və digər yapışmaya mane olan çirklər səthdən tam təmizlənməlidir. Boşluqlar və qüsurlar tətbiqdən əvvəl uyğun təmir materialı ilə doldurulmalıdır. Donma riski olan sahələrdə tətbiq aparılmamalıdır. Tətbiqdən əvvəl səth su ilə nəmləndirilməli, lakin səthdə su gölməçəsi yaradılmamalıdır.


Qarışım nisbəti

25 kq toz komponent (A) üçün 10 litr maye komponent (B)

Alətlərin təmizlənməsi

İş bitdikdən dərhal sonra alətlər su ilə yuyulmalıdır. Bərkiyəndən sonra material yalnız mexaniki üsulla təmizlənə bilər.

Təhlükəsizlik qaydaları

Tətbiq zamanı qoruyucu əlcək, eynək və iş geyimindən istifadə olunmalıdır. Materialın dəri və gözlə təmasından çəkinmək lazımdır. Təmas baş verdikdə bol su ilə yuyulmalıdır. Udulma halında dərhal tibbi yardım alınmalıdır. Məhsul uşaqların əli çatmayan yerdə saxlanmalıdır və tətbiq olunan sahələrdə qida məhsulları buraxılmamalıdır.