VECTRA
® SL55
Özü Yayılan Şap
Məhsul haqqında
VECTRA ® SL55 sement əsaslı, polimer modifikasiyalı, özü yayılan döşəmə şapıdır. Daxili məkanlarda son örtük tətbiqindən əvvəl səthin hamarlaşdırılması və səviyyələndirilməsi üçün nəzərdə tutulmuşdur. İncə qat tətbiqləri üçün optimallaşdırılmışdır.
Tətbiq sahələri
• Keramika, mərmər, parket, PVC, xalça və digər örtüklərdən əvvəl alt qatın düzəldilməsi
• Yaşayış və inzibati binalar
• Xəstəxana və təhsil müəssisələri
• Otellər və ticarət obyektləri
• Yalnız daxili məkan istifadəsi üçündür.
Xüsusiyyətləri
• Su ilə qarışdırılaraq istifadəyə hazır hala gətirilir
• Öz axıcılığı sayəsində səthi hamarlayır
• Aşınmaya qarşı yüksək davamlıdır
• Əl ilə və ya pompa vasitəsilə tətbiq oluna bilər.
Qarışığın hazırlanması
Tələb olunan miqdarda su təmiz qaba əlavə edilir. Qarışıq tozu suya tədricən əlavə edilərək 400–600 dövr/dəq sürətli mikserlə homogen konsistensiya alınana qədər qarışdırılır. 3–5 dəqiqə gözlədildikdən sonra qısa müddət yenidən qarışdırılaraq tətbiqə hazır hala gətirilir. Bərkiməyə başlamış məhlula sonradan su əlavə edilməməlidir.
Böyük sahələrdə fasiləsiz tətbiq təmin edilməlidir. Bu məqsədlə bir neçə qarışdırma qabından istifadə olunması və qarışıqların ardıcıl şəkildə döşəməyə tökülməsi tövsiyə edilir. Tətbiqdən sonra kirpi rulon vasitəsilə hava qabarcıqları çıxarılmalıdır.
Qeyd: Aşağı temperatur şəraitində məhsul tətbiqdən əvvəl ən azı 24 saat isti mühitdə saxlanmalıdır.
Sərfiyyat
1 mm qalınlıq üçün təxminən 1,78 kq/m² toz məhsul.
Saxlanma qaydaları
Məhsul açılmamış, orijinal qablaşdırmada, quru və sərin mühitdə istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.
Səthin hazırlanması
Tədbiq səthi möhkəm, daşıyıcı və təmiz olmalıdır. Yağ, boya, toz, sement şərbəti, pas və digər yapışmaya mane olan maddələr səthdən tam təmizlənməlidir. Çatlar və boşluqlar tətbiqdən ən azı iki gün əvvəl uyğun təmir materialı ilə doldurulmalıdır. Donma riski olan şəraitdə tətbiq edilməməlidir. Birbaşa günəş şüası və güclü hava axını altında iş aparılması tövsiyə edilmir. Səthin əmiciliyini azaltmaq və hava qabarcıqlarını minimuma endirmək məqsədilə tətbiqdən 24 saat əvvəl uyğun astar materialı ilə ikiqat astarlanması məsləhət görülür.
Qarışım nisbəti
1 kq toz üçün ~ 0,22 litr su
25 kq qablaşdırma üçün ~ 5,5 litr su
Alətlərin təmizlənməsi
İş bitdikdən dərhal sonra alətlər su ilə yuyulmalıdır. Bərkiyəndən sonra material yalnız mexaniki üsulla təmizlənə bilər.
Təhlükəsizlik qaydaları
Tətbiq zamanı qoruyucu əlcək, eynək və iş geyimindən istifadə olunmalıdır. Materialın dəri və gözlə təmasından çəkinmək lazımdır. Təmas baş verdikdə bol su ilə yuyulmalıdır. Udulma halında dərhal tibbi yardım alınmalıdır. Məhsul uşaqların əli çatmayan yerdə saxlanmalıdır və tətbiq olunan sahələrdə qida məhsulları buraxılmamalıdır.