VECTRA
® A5
KERAMİKA YAPIŞDIRICISI
Məhsul haqqında
VECTRA ® A5 xüsusi kimyəvilər, sement, və mineral əsaslı kafel və keramika yapışdırıcısıdır.
EN 12004-1 standartına əsasən C1T sinfi tələblərinə cavab verir.
Tətbiq sahələri
• Daxili məkanlarda istifadə üçün nəzərdə tutulmuşdur.
• Hamam, mətbəx, dəhliz və oxşar sahələrdə kafel və keramika materiallarının beton və suvaq əsaslı səthlərə yapışdırılması üçün uyğundur.
Xüsusiyyətləri
• Rahat qarışdırılır və tətbiq olunur
• Şaquli və üfüqi səthlərdə istifadə imkanı
• Optimal işləmə müddəti təmin edir
Qarışdırma
Təmiz qaba tələb olunan miqdarda su əlavə edilir. Üzərinə VECTRA ® A5 tozu tədricən tökülərək 400–600 dövr/dəq sürətli mikserlə homogen hal alınana qədər qarışdırılır. Qarışıq 3–5 dəqiqə saxlanıldıqdan sonra yenidən qısa müddət qarışdırılaraq istifadəyə hazır vəziyyətə gətirilir. Sərtləşməyə başlamış məhlula sonradan su əlavə edilərək istifadə edilməməlidir.
Sərfiyyat
Səthin vəziyyətindən və daraq dişi ölçüsündən asılı olaraq orta hesabla 1 m² üçün 4–6 kq toz məhsul sərf olunur.
Saxlanma qaydaları
Məhsul açılmamış, orijinal qablaşdırmada, quru və sərin mühitdə istehsal tarixindən etibarən 12 ay saxlanıla bilər.
Səthin hazırlanması
Tətbiq ediləcək səth möhkəm, quru və təmiz olmalıdır. Səth yapışmanı zəiflədə biləcək yağ, toz, pas, parafin və digər qalıqlarından təmizlənməlidir. Zəif və boş hissələr təmizlənməli, səth daşıyıcı vəziyyətdə olmalıdır. Səthdəki boşluqlar tətbiqdən ən azı iki gün əvvəl uyğun təmir materialı ilə doldurulmalıdır. Donmuş və ya donma riski olan sahələrdə tətbiq edilməməlidir. Səthin temperaturu +25°C-dən yüksək olduqda əvvəlcədən nəmləndirmə və ya astarlama tövsiyə olunur. Birbaşa günəş şüası, güclü külək və ya yağıntılı hava şəraitində tətbiq olunmamalıdır.
Qarışım nisbəti
1 kq toz üçün ~ 0,24 litr su
25 kq toz üçün ~ 6,00 litr su
Alətlərin təmizlənməsi
İş bitdikdən dərhal sonra alətlər su ilə yuyulmalıdır. Bərkiyəndən sonra material yalnız mexaniki üsulla təmizlənə bilər.
Təhlükəsizlik qaydaları
Tətbiq zamanı qoruyucu əlcək, eynək və iş geyimindən istifadə olunmalıdır. Materialın dəri və gözlə təmasından çəkinmək lazımdır. Təmas baş verdikdə bol su ilə yuyulmalıdır. Udulma halında dərhal tibbi yardım alınmalıdır. Məhsul uşaqların əli çatmayan yerdə saxlanmalıdır və tətbiq olunan sahələrdə qida məhsulları buraxılmamalıdır.